Piyadanı vurub qaçan sürücü yaxalandı
Bizi izləyin

Qırmızı.az

Piyadanı vurub qaçan sürücü yaxalandı

Abşeron rayonunda insan ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bir neçə ay bundan əvvəl yaşansa da, rayon polisi bu günlərdə piyadanı vuraraq ərazidən qaçmış sürücünü müəyyən edərək saxlayıb.

Publika.az-ın məlumatına görə, bir neçə ay əvvəl Abşeron rayonu, Zabrat-Kürdəxanı yolunda piyada Cəfərov Rasim Sədrəddin oğlu naməlum avtomobil tərəfindən vurulub. Piyadanı vuran sürücü qəzadan sonra ərazidən uzaqlaşıb. Yaralı hadisə şahidlərinin köməkliyilə xəstəxanaya çatdirilsa da bir müddətdən sonra Rasim Cəfərov xəstəxanada dünyasını dəyişib. Aparılan araşdırmalar zamanı məlum olub ki, Rasim Cəfərovu vuran 27 yaşlı Nəsirov Əvəz Nizami oğludur. O, hadisəni idarə etdiyi “VAZ 2107” markalı avtomobillə törədib.

Saxlanılan Əvəz Nəsirovun axtarışları 6 ay çəkib. İlkin istintaqa ifadəsində törətdiyi əməli etiraf edərək, peşman olduğunu bildirib.

Faktla bağlı Əvəz Nəsirov barəsində cinayət işi başlanıb, istintaq davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm