Qırmızı.az
Necdət Ünüvar Ərdoğanın prezident seçildikdən sonra Azərbaycan siyasətini açıqladı
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Necdət Ünüvar ölkəsinin baş naziri Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində namizəd olmasına münasibət bildirib.
N.Ünüvar Publika.az-a açıqlamasında R.T.Ərdoğanın rəhbəri olduğu partiyadan Adana millət vəkili seçildiyi üçün qürur hissi keçirdiyi söyləyib.
Azərbaycanla münasibətlərə də toxunan N.Ünüvar deyib: “Rəcəb Tayyib Ərdoğan Türkiyənin prezident seçilərsə, o zaman Azərbaycanla münasibətlər daha da inkişaf etdiriləcək. Biz ancaq buna ümid edirik, buna inanırıq. Çünki Cənab Ərdoğanın dönəmində Türkiyə-Azərbaycan münasibətləri çox inkişaf edib və hazırda da davam edir”.
Xatırladaq ki, Türkiyədə prezident seçkiləri avqustun 10-na planlaşdırılıb.
Prezident seçkiləri iki turda keçiriləcək. Əgər namizədlərdən heç biri birinci turda lazımi sayda səs toplamazsa, onda avqustun 24-də ikinci tur keçiriləcək.
2007-ci ildə keçirilən ikinci turun nəticələrinə görə, əvvəlki prezident seçkilərindən fərqli olaraq, 2014-cü ildən Türkiyədə prezident parlament deyil, xalq tərəfindən seçiləcək. Referendumun nəticələrinə uyğun olaraq, Türkiyənin dövlət başçısı əvvəlki yeddi il əvəzinə beş il müddətinə seçiləcək.
Hakim partiya olan AKP prezident seçkilərində namizədinin adını açıqlayıb. Bu, hazırkı baş nazir Rəcəb Tayyib Ərdoğandır.
Vasif Həsənli
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”