İtaliyada gürcü mafiyasının 44 üzvü həbs edildi
Bizi izləyin

Qırmızı.az

İtaliyada gürcü mafiyasının 44 üzvü həbs edildi

İtaliya polisi mənzil oğurluğu ilə məşğul olan “rus mafiyası”nın üzvlərinə qarşı əməliyyat keçiriblər.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, italyanların rus mafiyası adlandırdıqları dəstə əsasən etnik gürcülərdən ibarət olub. Əməliyyat zamanı qruplaşmanın 44 üzvü həbs olunub.

Əmillyata kod adı kimi Gürcüstanın da ən böyük çayının adı qoyulub - Kür. Cinayətkarlar həbs edilərkən əməliyyat keçirilən məkandan 45 kiloqram qızıl, 200 kiloqram gümüş əşya və digər zinət əşyaları polis tərəfindən götürülüb. Zinət əşyalarının ümumi qiyməti 3 milyon avrodan yuxarı olub.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm