Qırmızı.az
Mahnı üstündə kütləvi dava
Cəlilabad rayonunun Göytəpə qəsəbəsində kütləvi dava baş verib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Qəsəbə sakini
1990-cı il təvəllüdlü Elçin Əminağa oğlu Tağıyev örüşdən heyvanları
evə gətirərkən yolboyu zümzümə edirmiş. Elə bu zaman onun
zümzüməsindən qəzəblənən həmkəndliləri Elçinin qarşısını kəsərək
onunla mübahisə ediblər.
Sonradan gənclər arasındakı mübahisə kütləvi davaya çevrilib.
Elçinin bir neçə şəxs tərfindən döyüldüyünü görən yaxınları Camal
Ağayev və Amil Bəşirov da hadisə yerinə gəliblər. Lakin onlar da
həmin şəxslərin hücumuna məruz qalıb.
Müxtəlif növ küt alətlərlə döyülən gənclərə Cəlilabad Mərkəzi rayon
Xəstəxanasında ilkin tibbi yardım göstərilib.
Qeyd edək ki, tərəflər arasında əvvəllər də ədavətin olduğu
deyilir. Baş vermiş faktla bağlı Cəlilabad rayon polis şöbəsinin
Göytəpə polis bölməsində araşdırma aparılır.
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO