Qırmızı.az
Ukraynada yaşayan soydaşımız mükafatlandırılıb
Ukraynada yaşayan azərbaycanlı alim, Azərbaycan diasporunun fəal üzvlərindən biri Arif Quliyev Ukrayna Elmlər Akademiyasının xüsusi diplomu ilə təltif edilib. Ukrayna Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, hüquq elmləri doktoru Arif Quliyev elm, təhsil və mədəniyyət sahəsində Ukrayna Azərbaycan münasibətlərinə verdiyi töhfələrə görə bu mükafata layiq görülüb.
1998-ci ildən Ukraynada yaşayan Arif Quliyev monoqrafiya və dərsliklərin, xarici siyasət, dövlət idarəçiliyi, Azərbaycan və Ukraynanın beynəlxalq və ictimai münasibətləri məsələlərinə dair yüzdən çox elmi və elmi-populyar yazının müəllifidir.
Arif Quliyev Ukraynanın Əməkdar maarif işçisi, Ukrayna Milli
Jurnalistlər İttifaqının, Beynəlxalq Jurnalistlər Federasiyasının,
Ukrayna Hüquqşünaslar Assosiasiyasının üzvü, habelə “Dostluq
körpüləri: Ukrayna-Azərbaycan” beynəlxalq layihəsinin laureatıdır.
Tanınmış alim məhsuldar ictimai fəaliyyətlə də məşğuldur, “Xalq
Demokratiyası İnstitutu”nun İdarə Heyətinin rəhbəri, “Ukrayna
Azərbaycanlılarının Elmi Şurası” və “Ukrayna Azərbaycanlıları
Ağsaqqallar Şurası” ictimai təşkilatlarının
həmtəsisçisidir.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu