Qırmızı.az
Bakıda yeni körpü və tunel tikiləcək
I Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar olaraq yeni tikilən Olimpiya stadionu ətrafında qurulan yol infrastrukturu barədə məlumatlar açıqlanıb.
"Azəryolservis" ASC-nin məbuat xidmətindən Publika.az-a verilən məlumata görə, I Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar olaraq Böyükşor gölü ətrafında yeni tikilən Olimpiya stadionuna nəqliyyat vasitələrinin birbaşa, təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədilə yeni avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Stadion ətrafında 4 dairəvi qovşaq, 3 körpü, 2 tunel, 1 piyada körpüsü və 1 piyada tuneli tikintisi nəzərdə tutulub.
Layihə çərçivəsində nəzərdə tutulan 2 tunel və 3 körpü vasitəsilə yeni tikilən yoldan Olimpiya stadionu ərazisinə, eləcə də Heydər Əliyev Beynəlxalq Hava Limanından və Olimpiya stadionu ərazisindən şəhərin mərkəzinə doğru hərəkət edən nəqliyyat vasitələrinin yeni tikilən avtomobil yoluna birbaşa hərəkətini təmin etmək və stadion ərazisində salınan dairəvi hərəkət üçün nəzərdə tutulan avtomobil yolları ilə bağlantılar yaratmaq mümkün olacaq.
Tikintisi davam etdirilən 1 piyada körpüsü və 1 piyada tuneli isə metronun "Koroğlu" stansiyasından Olimpiya stadionuna piyadaların təhlükəsiz hərəkəti üçün nəzərdə tutulub.
Bütün bu layihələrin icrasının 2015-ci ilin mart ayının sonunadək başa çatdırılması planlaşdırılır.
Gülxar
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
Sosial11:38
Tərtərdə məktəblinin öldürülməsi ilə bağlı cinayət işi başlandı
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək