Qırmızı.az
Baş Prokurorluq Leyla Yunus barədə məlumat yaydı
Leyla Yunusova və əri Arif Yunusov növbəti dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatında olan konkret cinayət işi üzrə şahid qismində dindirilmələri üçün iyulun 7-də istintaqa dəvət olunsalar da üzrlü səbəblər olmadan istintaqa gəlməkdən qəsdən boyun qaçırıblar.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, L.Yunusovanın istintaq qarşısında hər hansı şərt qoyması qəbuledilməzdir və Cinayət-Prosessual Məcəllənin 95-ci maddəsinə əsasən şahidin cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə istintaqa gəlmək və dindirmələrdə ona məlum olan bütün hallar üzrə suallara tam və düzgün cavab vermək kimi vəzifələrinin olmasına baxmayaraq o, növbəti dəfə bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə ifadə verməyəcəyini nümayişkaranə şəkildə bildirməklə qanunvericiliklə müəyyənləşdirilmiş vəzifələri yerinə yetirməkdən qəsdən yayınıb.
"L.Yunusova İstintaqa gəlməyəcəyi təqdirdə barəsində hansı qərarlar
qəbul edilə bilər?" sualını cavablandıran E.Sultanov deyib ki,
L.Yunusova Azərbaycan Respublikasının vətəndaşıdır və digər
vətəndaşlar kimi o da öz növbəsində qanunların tələblərinə riayət
etməklə onlara hörmətlə yanaşmalıdır:
"Əks təqdirdə barəsində cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək". (Trend)
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA