Qırmızı.az
Naxçıvanda çimərlik (FOTO)
İyulun 7-də Uzunoba su anbarında yeni
istirahət mərkəzi – Naxçıvan Şəhər Çimərliyi istifadəyə
verilib.
ANS PRESS-in məlumatına görə, Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildiriblər ki,
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov tədbirdə
çıxış edərək bu gün Naxçıvan şəhərində aparılan quruculuq işlərinin
bütün sahələri əhatə etdiyini deyib. Bildirib ki, hazırda şəhərdə 5
səhiyyə, 9 mədəniyyət, 6 təhsil, 5 inzibati və 5 yaşayış obyektində
tikinti və yenidənqurma işləri davam etdirilir.
Şəhər infrastrukturunun inkişafı ilə yanaşı,
insanların sağlamlıqlarının qorunması və istirahətinin səmərəli
təşkili də diqqət mərkəzində saxlanılır. Bu gün yeni çimərliyin
istifadəyə verilməsi, bu sahədə həyata keçirilən tədbirlərin davamı
olmaqla yanaşı, həm də insan amilinə verilən qiymətin daha bir
ifadəsidir.
Vüqar Səfərov yaradılan şəraitə görə Naxçıvan
şəhər sakinləri adından minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Vasif Talıbov Naxçıvan Şəhər Çimərliyinin istifadəyə verilməsi
münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, burada şəhər
sakinlərinin və muxtar respublikaya gələn qonaqların istirahətinin
səmərəli təşkil olunacağını bildirərək deyib: Ölkəmizin iqtisadi
inkişafı insanların rifah halının və məişət şəraitlərinin
yaxşılaşmasına səbəb olmuşdur. İqtisadi inkişaf və bununla yanaşı,
sosial problemlərin həlli, həm də insanların istirahətlərinin
səmərəli təşkilinə ictimai tələbatı artıb. Bu baxımdan yeni
istirahət mərkəzlərinin yaradılması zərurətə
çevrilib.
Ali Məclisin Sədri deyib: Muxtar respublikada
insanların yaşayış şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində
saxlanılır. Tikinti materiallarına olan tələbatın yerli istehsal
hesabına ödənilməsi, avtomobillərin kredit yolu ilə satışının
təşkil edilməsi insanların mənzil və avtomobil təminatına
hərtərəfli şərait yaradıb. Son illər Naxçıvan şəhərinin ətrafında
yaradılan istirahət mərkəzləri isə sakinlərin və gələn qonaqların
asudə vaxtlarının səmərəli təşkilinə imkan verir. Bu gün istifadəyə
verilən yeni çimərlik də yay istirahət zonası kimi şəhər
sakinlərinin və gənclərin asudə vaxtlarının səmərəli təşkilinə,
onların sağlamlıqlarının qorunmasına xidmət edəcəkdir.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı