Qırmızı.az
Azərbaycanın birinci xanımına İtaliyadan nüfuzlu mükafat
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Roma İncəsənət Akademiyası tərəfindən nüfuzlu “Xidmətə görə” mükafatına layiq görülüb.
Bu barədə Roma İncəsənət Akademiyasının prezidenti, dünya şöhrətli heykəltəraş Alfio Mongelli sərəncam verib.
Publika.az xəbər verir ki, bu barədə Diaspor Jurnalistləri Birliyinə Roma İncəsənət Akademiyası prezidentinin köməkçisi Həsən İsgəndərov məlumat verib.
Mehriban xanım Əliyeva İtaliya incəsənətinə və mədəniyyətinə göstərdiyi xidmətlərə görə bu mükafatla təltif edilib.
Roma İncəsənət Akademiyasının prezidenti Alfio Mongellinin imzaladığı sərəncamda bildirilir:
“Azərbaycan Respublikasının birinci xanımı, hörmətli Mehriban Əliyevaya, incəsənətə və mədəniyyətə göstərdiyiniz diqqət və qayğıya görə, gördüyünüz işlərə hörmət və minnətdarlıq əlaməti olaraq Sizi “Xidmətə görə” mükafatı ilə təltif edirəm. Ümid edirəm ki, gələcəkdə Azərbaycan və İtaliya arasında mədəni əlaqələr daha da güclənəcək”.
Qeyd edək ki, İtaliya tarixində Birinci xanım kimi ilk dəfə Mehriban Əliyeva Roma İncəsənət Akademiyası tərəfindən “Xidmətə görə” mükafatına layiq görülüb.
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO