Qırmızı.az
Azərbaycan ərazisində bu günə olan hava haqqında məlumat
Bakıda və Abşeron yarımadasında gecə və səhər
saatlarında duman, çiskin olacaq, gün ərzində isə havanın arabir
yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 2-4°, gündüz 4-7° isti, Bakıda gecə 2-4°, gündüz
5-7° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 756 millimetr civə sütunu, nisbi
rütubət 80-90 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında arabir qar
yağacağı, duman olacağı gözlənilir.
Temperatur gecə 3-8°, dağlıq ərazilərdə 10-12° şaxta, gündüz 0-4°
isti, bəzi yerlərdə 5°-dək şaxta təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında arabir qar yağacağı gözlənilir.
Temperatur gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil
edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında havanın arabir yağıntılı olacağı
gözlənilir.
Temperatur gecə 0-4°, gündüz 4-9° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar
rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi
yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman
olacaq.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti, dağlarda
gecə 5-10° şaxta, gündüz 0-5° şaxta təşkil edəcək.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın arabir
yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq.
Temperatur gecə 0-5°, gündüz 5-9° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq
ərazilərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 3-5°, gündüz 5-9° isti, dağlarda gecə 2° şaxtadan
3°-dək isti, gündüz 3-7° isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Yanvar ayının son günlərində gözlənilən yağıntılı, küləkli hava
şəraiti, temperaturun günü-gündən aşağı enməsi meteohəssas insanlar
üçün əlverişsizdir.
Əlverişsiz hava şəraiti haqqında ilkin
xəbərdarlıq
Yanvar ayının son günlərində ölkə ərazisində arabir yağıntılı hava
şəraitinin davam edəcəyi, 28-29-da bəzi dağlıq və dağətəyi
rayonlarda, 30-31-də isə əksər rayonlarda qar yağacağı
gözlənilir.
Yanvarın 28-29-da Bakıda və Abşeron yarımadasında havanın
temperaturu 2-4° isti, 30-da 0°-yə yaxın, 31-də isə minimal
temperaturun 2-4° şaxta olacağı gözlənilir.
Şimal küləyinin arabir güclənəcəyi, bəzi ərazilərdə yolların buz
bağlayacağı gözlənilir.
Prosesin gedişatı ilə əlaqədar hər gün dəqiqləşdirilmiş məlumat
təqdim olunacaqdır.
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir