Qırmızı.az
Azərbaycanlı vəkil Riqa Arbitraj məhkəməsinə arbitr seçilib
Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin və Hakimlərin Seçki Komitəsinin üzvü, “Azərbaycan Hüquq İslahatları Mərkəzi” ictimai birliyinin sədri Anar Bağırov Riqa Beynəlxalq Kommersiya Arbitraj məhkəməsinə üzv seçilib.
Bu barədə Publika.az-a İctimai Birlikdən məlumat verilib.
Riqa Beynəlxalq Kommersiya Arbitraj məhkəməsi 1995-ci ildə yaradılmış, müstəqil daimi əsaslarla fəaliyyət göstərir. Bu məhkəmədə hər iki tərəfin yazılı razılığı ilə olan hüquq münasibətlərindən irəli gələn tərəflər arasında olan mübahisələrin hamısına və ya bir hissəsinə baxılır. İşlərə baxılarkən beynəlxalq konvensiyaların bütün növlərindən, müxtəlif ölkələrin qanunlarından istifadə oluna bilir.
Qeyd etmək lazımdır ki, 9 noyabr 1999-cu ildə Azərbaycan Respublikası «Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında» 10 iyun 1958-ci il tarixli Nyu-York Konvensiyasına ratifikasiya edərək qoşulmuş, daha sonra 18 noyabr 1999-cu ildə isə «Beynəlxalq Arbitraj haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Bu institutun Azərbaycanda qanunvericilik bazasının olmasına baxmayaraq, ölkəmizdə hal-hazırda belə bir orqan fəaliyyət göstərmir.
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ