Qırmızı.az
Mehriban Əliyeva Xanım Qafarovanı İsrailə göndərir
Son günlər səhhəti yenidən ağırlaşan tanınmış aktrisa, əməkdar artist Xanım Qafarovanın müalicəsi İsraildə davam etdiriləcək.
Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva bununla bağlı göstəriş verib. Ölkənin birinci xanımı həmçinin aktrisanın qızının təhsil xərclərini də öz üzərinə götürüb.
Xanım Qafarova saytımıza açıqlamasında məlumatı təsdiqləyib və bildirib ki, bir neçə saat əvvəl Heydər Əliyev Fondunun nümayəndələri onunla əlaqə saxlayıblar:
"Fondun nümayəndələri mənə dedilər ki, hazırlaşın, bu dəfə müalicə üçün İsrailə göndəriləcəksiniz. Qızım da mənimlə gedəcək. Mehriban xanım bundan əvvəl də üç dəfə məni Türkiyəyə müalicəyə göndərmişdi və səhhətimdə ciddi irəliləyiş yaranmışdı. İnanırdım ki, o axıra kimi mənim arxamda dayanacaq. Buna görə ona özümün və ailəmin adından minnətdarlığımı bildirirəm. Bu cür dəstək adama yaşamaq üçün stimul verir. Mehriban xanımın bu qərarı onun Azərbaycan mədəniyyətinə yüksək diqqət və qayğısının təzühürüdür".
Qeyd edək ki, aktrisa uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir.
AzNews.az
-
Sosial20:36
32 ildən sonra Laçında ikinci dəfə toy çalındı - FOTO
-
Sosial20:00
Prezidentlə xanımının açılışını etdiyi hoteldən MARAQLI FOTOLAR
-
Magazin119:12
Pərvinin rejissorla elə görüntüləri yayıldı ki... - VİDEO
-
İdman18:53
Rafael Ağayev Ginnesin Rekordlar kitabına düşdü
-
Nida Xəbər 18:10
Müdafiə naziri idarə rəisini İŞDƏN ÇIXARDI
-
Dünya17:43
Rusiyanın Zelenskiyə cavabı gecikmədi: Vladimir getdikcə...
-
Səhiyyə17:05
Doğum səviyyəsinin aşağıdüşmə səbəbi bəlli oldu: Çünki qadınlar...
-
Rəsmi xronika16:15
Prezident və xanımı Zəngilanda açılışda iştirak etdi - Yeniləndi