Qırmızı.az
Gəncədə məşhur Fayanı döyüb öldürdülər – Səs-küylü cinayət
Bu gün Gəncədə ağır cinayət hadisəsi baş verib. AzNews.az-ın məlumatına görə, Gəncənin Nizami rayonunda yerləşən 1 saylı yataqxanada "Faya" ləqəbi ilə tanınan bir qadın qətlə yetirilib. Yataqxana sakinlərinin dediklərinə əsasən, qadın əxlaqsızlıqla məşğul olurmuş və yuxarıda qeyd olunan adla məşhur imiş. Onun ucuz seks xidmətləri göstərməsi və bu işə azyaşlıları da cəlb etməsi xəbərləri dolaşır. Onun öldürülməsinin də məhz bu fəaliyyəti ilə bağlı olduğu ehtimal edilir.
Qaldı ki, “Faya”nın kim tərəfindən öldürülməsinə, bu dəqiq adı və soyadı hələlik məlum olmayan, qonşuları tərəfindən "Kazbek" kimi tanınan şəxsdir.
Hazırda onun polislər tərəfindən saxlanıldığı barədə də məlumat
var. Bildirilir ki, "Kazbek" ilkin ifadəsində cinayəti törətdiyini
etiraf edib. O deyib ki, eyni binada yaşadığı "Faya"nın evinə dünən
gecə gedib və onu möhkəm döyüb. Qadın aldığı xəsarətlərdən bu gün
səhər ölüb.
Məsələ ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsi, Nizami rayon Polis
İdarəsinin rəisi Ədalət Sadıxovla əlaqə saxladıq. O, hadisənin baş
verdiyini nə təsdiq, nə də təkzib etdi:“İşdə deyiləm,
məzuniyyətdəyəm. Sükan arxasındayam, danışa bilmirəm”.
Gəncə şəhər Baş Polis İdarəsi, Nizami rayon Polis İdarəsinin növbətçi hissəsindən isə hadisəni təsdiqləyiblər.
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq