Binə ticarət mərkəzində yanğın söndürülüb (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Binə ticarət mərkəzində yanğın söndürülüb (YENİLƏNİB)

Məlum olub ki, yanğın ticarət mərkəzinin 3-cü korpusunda baş verib. Hadisə ilə bağlı Bİnə Ticarət Mərkəzinin hüquqşünası Publika.az-a bildirib ki, hadisə elektrik naqillərində baş vermiş qısaqapanma səbəbindən olub.

Artıq yanğının qarşısı alınıb, xəsarət alan yoxdur.

12:43

Qaradag rayonu ərazisində yerləşən Binə bazarında yanğın başlayıb.

Hadisə şahidlərinin Publika.az-a verdiyi məlumata görə, hadisə az müddət öncə başlayıb.

Yanğının qarşısını almaq üçün əraziyə xeyli yanğınsöndürən maşın cəlb olunur. Vətəndaşlar evakuasiya olunur.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm