Qırmızı.az
Aşurbəy məscidinin bağlanılması təklifinə sərt təpki
"Bu təklif əslində din adı altında sovet dövründən qalma ateist fikirin təzahürüdür"
"Aşurbəy məscidi bağlanandan sonra nə baş verəcək? Bu insanlar harada gedib ibadətlərini yerinə yetirəcəklər?"
Bu sözləri Avropa.info-ya açıqlamasında Elşad Miri bu gün Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının toplantısında Cümə məscidinin axundu Hacı Surxay Məmmədlinin sələf camaatının toplaşdığı Aşurbəy məscidinin qapadılması ilə bağlı təklifinə münasibət bildirərkən deyib.
Bu cür təklifləri geridə qalmış fikir hesab edən Elşad Miri məscidin qapadılmasının düzgün olmadığını deyib. "Sabah Aşurbəy məscidini bağlayasan, həmin insanlar yığışacaqlar elə Hacı Surxayın axund olduğu Cümə məscidinə, sonra oranı da bağlayacaqlar, yığışacaqlar Təzəpir məscidinə. Beləliklə bütün ibadət yerlərini bağlayacaqsınız? Məscidləri nəinki bağlamaq lazım deyil, əksinə sayını artırmaq lazımdır. Sadəcə düzgün marifləndirmə işi aparmaq gərəkdir".
Elşad Miri məscidin bağlanılması məsələsini müzakirə edən QMİ-ni də sərt şəkildə tənqid edib. "Məscidin bağlanılması təklifinin QMİ-nin toplantısında səslənilməsi bu qurumun geridə qalmasının göstəricisidir. Bu təklif, əslində, din adı altında sovet dövründən qalma ateist fikirin təzahürüdür".
Xatırladaq ki, QMİ-nin Qazılar Şurasının iclasında çıxış edən İçəri şəhər Cümə Məscidinin axundu Hacı Surxay Məmmədli bildirib ki, Azərbaycanda dövlətə qarşı çıxan ideologiyalara və onların ardıcıllarına qarşı mübarizə aparılmalıdır: "Azərbaycanın daxilində stabilliyi pozmağa çalışan xüsusi radikal qruplar var. Bunlar sələfilik, vəhabilik, təkfirçilik, xəvariclərdir".
Bu çıxışdan sonra QMİ sədri Allahşükür Paşazadə deyib ki, əgər həmin məsciddə deyilən o faktlar varsa, araşdırılacaq: "Siz bizə yazılı müraciət edin, biz də lazımi tədbirlər görək. Kim deyir ki, məscidi bağlamaq olmaz? Əgər orada başqa məqsədlər üçün işlər görürlərsə, gələcəkdə Aşurbəy Məscidinin bağlanması gündəmdə olacaq".
-
Magazin111:35
Azərbaycanda tanınmış müğənni ağır qəzaya düşdü: oğlu öldü - FOTO
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı