Xarici istehsal adı ilə satılan dondurmalar saxta çıxdı
Bizi izləyin

Qırmızı.az

Xarici istehsal adı ilə satılan dondurmalar saxta çıxdı

Dondurma bazarında monitorinqlər davam etdirilir.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, I Mədən küçəsi, 87, 1288-ci məhəllə ünvanında yerləşən fiziki şəxs Məmmədov Arif Firudin oğluna məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə, istehlakçıların çaşdırılmasına səbəb olan dondurmaların istehsal edildiyi müəyyən olunub.

Belə ki, yoxlama zamanı "Эскимо ГОСТ", "Пломбир", "Пятигорское", "Пломбир СССР" və "Магнат Эскимо" adlı dondurmaların adları və ön tərəfindəki markalanma məlumatlarının istehlakçılarda həmin məhsulların xaricdə istehsal olunması barədə yanlış təəssürat yaradan formada yalnız xarici dildə verildiyi, habelə "Эскимо ГОСТ", "Пломбир СССР" və "Магнат Эскимо" adlı dondurmaların markalanmasında keçmiş SSRİ-də istehsal olunan yüksək keyfiyyətli məhsullara tətbiq olunan keyfiyyət nişanından da istifadə edildiyi aşkar edilib.

Bundan başqa, dondurmaların markalanmasında onların 1 nömrəli marka olması barədə qeyri-dəqiq reklam xarakterli və "Эскимо ГОСТ", "Пломбир" və "Bakinskiy Plombir" adlı dondurmaların markalanmasında məhsulun qida və enerji dəyəri barədə düzgün olmayan məlumatların verildiyi müəyyənləşdirilib.

Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən fiziki şəxs Arif Məmmədov barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm