Qırmızı.az
Azərbaycan ərazisində bu günə olan hava haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Havanın arabir yağıntılı olacağı gözlənilir. Axşama doğru
yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi ehtimalı vardır.
Temperatur gecə və gündüz 2-4° isti, Bakıda gecə və gündüz 2-4°
isti olacaqdır.
Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 765 millimetr civə
sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
Arabir qar yağacağı, bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, dağlıq ərazilərdə 7°
şaxta, gündüz 3-6° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında
Arabir qar yağacağı gözlənilir.
Temperatur gecə 0-4° şaxta, gündüz 0-5° isti təşkil edəcəkdir.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarında
Havanın arabir yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti təşkil
edəcəkdir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz,Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar
rayonlarında
Havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı
gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10°,
gündüz 0-5° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir,İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı,
Şirvan,Hacıqabul, Salyan və Neftçala rayonlarında
Havanın arabir yağıntılı olacağı, axşam bəzi yerlərdə sulu qara
keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti təşkil
edəcəkdir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarında
Havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı
gözlənilir.
Temperatur gecə 1-3°, gündüz 4-6° isti, dağlarda gecə 0-4° şaxta,
gündüz 0-3° isti təşkil edəcəkdir.
Əlverişsiz hava şəraiti haqqında ilkin
xəbərdarlıq
Yanvar ayının son günlərində ölkə ərazisində arabir yağıntılı hava
şəraitinin davam edəcəyi, 29-da bəzi dağlıq və dağətəyi rayonlarda,
30-31-də isə əksər rayonlarda qar yağacağı gözlənilir.
Yanvarın 29-da Bakıda və Abşeron yarımadasında havanın arabir
yağıntılı olacağı, 30-31-də qar yağacağı gözlənilir. Havanın
temperaturu gecə və gündüz 2-4° isti, 30-da gecə və gündüz 2-4°
isti, axşam 3° şaxta, 31-də isə 1-3° şaxta təşkil edəcəkdir.
Şimal küləyinin güclənəcəyi, bəzi ərazilərdə yolların buz
bağlayacağı gözlənilir.
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var