Qırmızı.az
Nazirliyə müraciətlərin sayı azalıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) son 6 ayda 8500 nəfərə yaxın vətəndaşın müraciəti dinlənilib.
ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Nazirliyin rəhbərliyi tərəfindən əhali ilə təmasların intensivləşdirilməsinə, mövcud problemlər haqqında ilk mənbədən məlumat alınması və qərar qəbul olunmasına xüsusi diqqət yetirilir.
Cari ilin ilk yarımilində əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən 649 nəfər, nazirliyin məsul işçiləri tərəfindən isə 7845 nəfər vətəndaş qəbul olunaraq müraciətləri dinlənilib. Qeyd olunan dövrdə vətəndaşlar tərəfindən ƏƏSMN-ə ünvanlanan 22050 yazılı müraciətdə qaldırılan əsas məsələlər araşdırılaraq müvafiq tədbirlər görülüb.
Müraciətlərdə əksini tapan məsələlərin obyektiv və ədalətli həlli istiqamətində görülən tədbirlərin nəticəsi kimi, son 6 ayda vətəndaşların şikayət xarakterli müraciətlərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə azalıb. Eyni zamanda, Azərbaycan Respublikasının Baş Prokurorluğunun "161-Qaynar xətt" əlaqə mərkəzindən nəzarət qaydasında ƏƏSMN-ə daxil olan müraciətlərin sayı da ötən ilin müvafiq dövrünə nisbətən 34 faiz azalıb.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi