Qırmızı.az
Ombudsman girovlara görə məktub göndərdi
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Kəlbəcər rayonu ərazisində ermənilər tərəfindən azərbaycanlıların girov götürülməsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin rəhbərliyinə məktub göndərib.
Bu barədə ANS PRESS-ə Ombudsman Aparatından məlumat veriblər.
Məktubda Kəlbəcər rayonu ərazisində azərbacanlı mülki şəxslərin
ermənilər tərəfindən girov götürülməsi və onlara müxtəlif ağır
işgəncələrin verilməsindən narahatlıq ifadə olunub:
“Ermənistan qoşulduğu paktların və Cenevrə Konvensiyasının
müddəalarını pozur. Çünki girov götürülən insanların hüquqları bu
konvensiyanın müddəaları ilə qorunur. Girovlarla davranışlar həmin
beynəlxalq hüquqi aktlara uyğun olmalıdır. Girov götürülən insanlar
BQXK-nin mandatları çərçivəsində tez müddətdə Azərbaycan tərəfinə
qaytarılmalıdır. BQXK azərbaycanlıların girovluqda olduqları dövrdə
işgəncə və ləyaqətlərini alçaldan hərəkətlərə məruz qalmamalarına
yardımçı olmalıdır. Eyni zamanda onların beynəlxalq müstəvidə
tanınan insan hüquqlarının qorunmasına kömək etməlidirlər. Bütün
bunlar məktubda öz əksini tapıb. Müvəkkil bu məsələsini diqqət
mərkəzində saxlayır. Bu məktubu Ombudsman Elmira Süleymanova özü
şəxsən BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbərinə
ünvanlayıb”.
Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələrində erməni
xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər
rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Həsən Həsənov
adlı bir azərbaycanlının öldürülməsi, Şahbaz Cəlal oğlu Quliyev və
Dilqəm Qardaşxan oğlu Əsgərov adlı iki azərbaycanlının isə girov
götürüldüyü və onlara cinayət işi açıldığı barədə məlumatlar
yayılıb.
-
ABŞ06:16
ABŞ-da bank binasında GÜCLÜ PARTLAYIŞ: birinci mərtəbə göyə sovuruldu - VİDEO
-
Səhiyyə05:45
Yazda hansı dəri problemləri yaranır? - 3 önləyici TƏDBİR
-
Magazin105:15
Öpüşdüyü səhnəni xanımıyla izlədi - VİDEO
-
Sosial04:14
Azərbaycanda qoyun əti bahalaşa bilər - VİDEO
-
Sosial02:42
Boşanmadan sonra "ortaq qəyyumluq" qanuna çevrildi
-
Səhiyyə00:30
Baş ağrısının yeni genetik səbəbi TAPILDI
-
Dünya00:15
Modidən qalmaqallı açıqlama: "Məni Allah bu məqsəd üçün göndərib"
-
Qoroskop00:00
Günün ULDUZ FALI: əks təqdirdə zərbə ala bilərsiniz