Qırmızı.az
Azərbaycanlı xeyriyyəçilər afrikalıları sevindirdi (FOTO)
Azərbaycanlı xeyriyyəçilərin təşəbbüsü ilə quraq Afrika
ölkəsi olan Tanzanyanın Darussalam şəhərinin Mbondole bölgəsində su
quyusu qazılaraq yerlilərin istifadəsinə verilib. Bu gün açılan su
quyusuna Azərbaycanda şəhid olan Əliabadlı Musab Hafiz Emin Kürşat
Yetərin adı verilib.
Su quyusunun açılış tədbirində Azərbaycandan Gəncliyə Yardım Fondu
(GYF), REHEMA xeyriyyə təşkilatı və Türkiyənin bu ölkədəki
səfirliyinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbyacan nümayəndə heyətinin üzvü Rüfət Şirinov çıxış
edərək Mbondole əhalisini Azərbaycan xalqı adından salamladı və
Ramazan ayında bu xeyriyyə fəaliyyətinin həyata keçirilməsində rolu
olan hər kəsə öz təşəkkürünü bildirdi. R. Şirinov onu da qeyd etdi
ki, Azərbaycan xalqı adından susuzluqdan əziyyət çəkən insanlarla
birlikdə olmaq, onların problemlərinin həllində bilavasitə iştirak
etmək onun üçün qürürverici bir haldır. Naqit öz çıxışında bu nəcib
fəaliyyətlərin gələcəkdə də davam edtirilməsinin zəruriliyindən
danışdı.
Yerlilərdən biri Azərbaycan nümayəndə heyətinə təşəkkürünü
bildirərkən bəzən bir qab su üçün bütün günlərini itirdiklərini
deyib.
“Azərbaycanlı qardaşlarımıza təşəkkür edirik. Gözlədiyimiz su
gəldi. Biz bu günə qədər 1 vedrə su üçün axşamdan səhərə qədər su
növbəsində dururduq. ”
Qeyd edək ki, eyni zamanda Gəncliyə Yardım Fondunun əməkdaşları bu
ayın 25-i Tanzanyanın Susuzluqdan əziyyət çəkən bölgələrininin
birində Azərbaycanın tanınmış xeyriyyəçisi Hacı Zeynalabidin
Tağıyevin adına su quyusunun açılışını təşkil edəcəklər.
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ