Qırmızı.az
Polis vəhşiliyi: 180 kiloluq adamı boğub öldürdülər
ABŞ vətəndaşlarından biri ölkəsində polis vəhşiliyinin
qurbanı olub.
ANS PRESS-in məlumatına görə, ABŞ-ın Nyu-York şəhərində yaşayan 43
yaşlı Erik Qarner küçənin ortasında 5 polisin təzyiqinə məruz
qalıb. 180 kiloqram çəkiyə malik olan Erikin polislər tərəfindən
yaxalanma anı həvəskar kamera ilə çəkilib. O, əvvəlcə polislərə
günahsız olduğunu və heç bir şey etmədiyini söyləyir. Lakin buna
məhəl qoymayan polislər bir anda onun üstünə atılırlar, Eriki yerə
yıxaraq boğmağa başlayırlar.
43 yaşlı Erik "nəfəs ala bilmirəm" deyə yalvarsa da, polislər ona
fikir vermirlər və onun boğularaq ölməsinə səbəb olurlar.
Qeyd edək ki, 6 uşaq atası olan Erik Qarner bundan əvvəl bir neçə
dəfə siqaret qaçaqmalçılığı səbəbiylə həbs olunub və yenə bu
şübhəylə saxlanılmaq istəndiyi bildirilib.
Hadisə ilə əlaqədar olaraq araşdırma başladılıb, günahkar olduğu
sübut edilən polislərdən biri ilə bağlı ciddi tədbir görüləcəyi
açıqlanıb.
-
Nəqliyyat23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin123:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin221:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI