Qırmızı.az
Fransa KİV-i erməni işğalını pislədi
Yanvarın 28-də Fransanın “France Culture” radiosunda
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs edən “İşğal
olunmuş ərazilər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”
adlı veriliş səsləndirilib.
Publika.Az AzərTAc-a istinadən xəbər verir ki, verilişdə
ermənilərin Azərbaycan torpaqlarının işğalına planlı şəkildə
hazırlaşmaları, 1988-ci ildə Sumqayıt hadisələrini törətmələri və
s. barədə danışılıb.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın təkcə Dağlıq
Qarabağ bölgəsini deyil, ona bitişik yeddi rayonunu da işğal
etdikləri, münaqişə zamanı minlərlə insanın qətlə yetirildiyi, bir
milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə
çevrildiyi dinləyicilərin diqqətinə çatdırılıb.
Qeyd edilib ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Dağlıq
Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar
indiyədək heç bir nəticə verməyib.
Verilişdə Ermənistanın iqtisadi baxımdan çətinlik çəkdiyi, bu ölkəyə xaricdə fəaliyyət göstərən erməni lobbisinin yardım göstərdiyi qeyd olunub.
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Bu yay varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR
-
Magazin207:10
Sinem Kobalın uğursuz fotoşopu - Elə bir səhv etdi ki... - FOTO
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...