Qırmızı.az
Piyadanı ölümcül yaralayan sürücü qaçdı
Bakıda piyadanın vurulması ilə
nəticələn yol nəqliyyat hadisəsi baş verib. Nəsimi rayonu
ərazisində baş verən qəzada 31 yaşlı gənc naməlum avtomaşının
zərbəsinə tuş gəlib.
Həsən Əliyev və Azadlıq prospektlərinin
kəsişməsində baş verən hadisə zamanı yolu keçmək istəyən 31 yaşlı
paytaxt sakini Əliyev Kamram Əsgər oğlunu maşın vurub. Qəzanı
törədən sürücü yaralıya kömək etmək əvəzinə çıxış yolu kimi hadisə
yerindən yayınmağı seçib.
Piaydanın harayına isə ətrafdakı insanlar çatıb.
Təcili tibbi yardımla 1 saylı şəhər xəstəxanasına gətirilən Kamran
Əliyevə açıq kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrində
sınıq diaqnozu qoyulub. Vəziyyəti ağır olan yaralı xəsətəxanın
reanimasiya şöbəsinə yerləşdirlib.
Faktla bağlı Nəsimi rayon polis idarəsində
araşdırmalar aparılır. Piyadanı ölümcül hala salaraq ərazidən
yayınan sürücünün axtarışlarına başlanılıb.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi