Qırmızı.az
Rusiya səfirindən girov açıqlaması
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxon Milli Məclis sədrinin müavini Bahar Muradovaya ünvanladığı məktub göndərib. Məktub ermənilərin iyul ayının əvvəllərində Kəlbəcərdə girov götürdükləri vətəndaşla bağlıdır.
ANS PRESS-in məlumatına görə, məktubun mətni səfirliyin rəsmi
saytında yerləşdirilib.
Səfir bildirib ki, Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən
azərbaycanlılar arasında Rusiya Federasiyasının vətəndaşı
yoxdur.
“Rəsmi olaraq bildirirəm ki, Kəlbəcərdə baş vermiş insident zamanı
tutulanlar arasında Rusiya Federasiyasının vətəndaşı yoxdur”.
Səfir məktubu B.Muradovanın yerli mətbuata müsahibəsində Rusiyanı öz vətəndaşının taleyi ilə maraqlanmamaqda səsləndirdiyi ittihamlarına münasibət bildirib.
Qeyd edək ki, yaxınlarının məzarını ziyarət etmək üçün işğal altında olan Kəlbəcərə gedən iki azərbaycanlı tutulub. Bunlar Dilqəm Əsgərov və Şahbaz Quliyevdir. Erməni tərəfi daha bir nəfərin - Həsən Həsənovun öldürüldüyünü iddia edir.
D.Əsgərovun Rusiya vətəndaşı olması barəsində məlumatlar
yayılıb.
-
Sosial17:48
General-mayor rütbəsi verilən polkovniklər kimlərdir?
-
Rəsmi xronika17:12
İlham Əliyev sərəncam imzaladı
-
Hadisə16:39
Prospektdə piyadanın səbəb olduğu dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Kriminal14:36
Saatlıda 19 yaşlı oğlan xalasının qızına təcavüz etdi: anası isə... - Şok təfərrüat
-
Sosial13:48
Əhaliyə xəbərdarlıq: noyabrın 8-i axşamdan...
-
İdman13:04
Çempionlar Liqasının kraliçası: Görün nə qədər pərəstişkarı var - FOTOLAR
-
Rəsmi xronika12:10
İlham Əliyev bu yolun açılışını etdi - YENİLƏNDİ
-
Rəsmi xronika11:26
Prezident yeni yolda maşın sürdü - FOTO