Qırmızı.az
Yol qəzasında 2 nəfər öldü
Sumqayıt və Qaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş
verib.
ANS PRESS-in məlumatına görə, bu informasiyanı Daxili İşlər
Nazirliyinin mətbuat xidməti yayıb.
Belə ki, Sumqayıtda şəhər sakinləri Toğrul Hüseynalıyevin və Zülal
Hacıyevin idarə etdikləri “VAZ-21099” və “VAZ-2107” markalı
avtomobillər toqquşub. Nəticədə Z.Hacıyev hadisə yerində ölüb, onun
maşınında olan sərnişinlər - Sumqayıt şəhər sakinləri Bayram
Rzayev, İlham Nəcəfov və Səməd Hüseynov xəstəxanaya
yerləşdiriliblər.
Qaxda isə rayon sakini Ramazan Mustafayevin idarə etdiyi
“VAZ-21043” markalı avtomobil yol kənarındakı ağaca çırpılıb.
R.Mustafatev hadisə yerində ölüb.
Hər iki hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma
aparılır.
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq