Qırmızı.az
Rezidenturaya imtahanların nəticəsi açıqlandı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 27-də 2014/2015-ci tədris ili üçün baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə keçirilmiş qəbul imtahanının II mərhələsinin nəticələrini açıqlayıb.
TQDK-nın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, 1014 namizəddən 37 nəfər imtahana gəlməyib.
818 namizəd müsabiqə şərtini (50 və daha yüksək bal) ödəyərək ixtisas seçiminə buraxılıb. Ən yüksək nəticə 91 bal olub.
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi iyulun 30-dan (saat
10:00-dan) avqustun 1-dək (saat 23:59-dək) aparılacaq. Namizədlər
müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq
ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan)
ixtisasları seçib təsdiq etməlidirlər.
Qeyd edək ki, TQDK həmçinin iyulun 26-da Azərbaycan Tibb
Universitetinin Hərbi Tibb fakültəsinin məzunları üçün
rezidenturaya qəbul imtahanının I mərhələsini, iyulun 27-də isə II
mərhələsini keçirib. İmtahan nəticələri elə həmin gün – iyulun
27-də saat 20:00-dan etibarən Komissiyanın internet saytında
yerləşdirilib. Hər bir namizəd TQDK-nın internet saytına daxil
olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə
tanış ola bilər.
Namizədlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə də öyrənə bilərlər.
Gülxar
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
Magazin111:35
Azərbaycanda tanınmış müğənni ağır qəzaya düşdü: oğlu öldü - FOTO
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı