Qırmızı.az
Belə «mədəni» sürücü görmüşdünüz? - VİDEO
Maşından küçəyə salfet səpələyən sürücünü DYP axtarır
Bu video iyulun 21-də səhər saatlarında Təhsil Nazirliyinin yaxınlığında çəkilib. Oxuculardan birinin Avtosfer.az saytına göndərdiyi videonu ona görə təqdim edirik ki, həm bu sürücü öz əməllərinə kənardan baxıb nəticə çıxarsın, həm də digərləri. Bəlkə də, çoxları bu hərəkətləri dəfələrlə edir, amma heç vaxt kənardan bu hərəkətin necə göründüyünü dərk etmirlər. Elə isə buyurun, baxın və fikrinizi yazın görək, kənardan necə görünür bu mənzərə? Görəsən, bu sürücüyə nə olub ki, dayanmadan sağa-sola salfet tullayır, insanların gözü qarşısında iyrənc hərəkətlər edir?
Yeri gəlmişkən, artıq bu videomaterial Avtosfer.az saytə tərəfindən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə təqdim olunub. Sürücünün tapılıb məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür. Nəticəsi barədə məlumat verəcyik.
Qeyd edək ki, avtomobildən küçəyə hər hansı tullantı atmağa görə İnzibati Xətalar Məcəlləsində sürücülər üçün 40, sərnişinlər üçün isə 30 manat cərimə nəzərdə tutulur. Cərimə bir yana, bu videonu yaymaqla həmin sürücünü mənəvi şəkildə cəzalandırmaq 40 manatdan qat-qat üstün olardı…
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi