Qırmızı.az
Penitensiar xidmətin 19 əməkdaşı ədliyyə orqanlarından qovulub
Bu ilin 6 ayı ərzində ədliyyə Nazirliyi Penitensiar xidmətin 180 əməkdaşı müxtəlif intizam məsuliyyətinə cəlb olunub.
Publika.az-ın Penitensiar xidmətin saytına istinadən verdiyi məlumata görə, bu barədə xidmətin 2014-cü ilin birinci yarım ili ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirədə bildirilib.
Penitensiar xidmətin 180 əməkdaşı müxtəlif intizam məsuliyyətinə cəlb olunub, 19 əməkdaş isə fəaliyyətdə yol verdiyi müxtəlif ciddi nöqsan və pozuntulara, habelə xidmətdən kənar əlaqələrə görə ədliyyə orqanlarından xaric edilib.
Hesabat məruzəsi ətrafında bir sıra cəzaçəkmə müəssisələrinin və İstintaq təcridxanalarının rəisləri çıxış ediblər.
Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev mövcud olan nöqsan və pozuntulara diqqət çəkərək, fəaliyyətin daha da təkmilləşdirilməsi ilə bağlı hər bir xidmət sahəsi üzrə tapşırıqlar verib, işin səmərəliliyinə və səylərin artırılmasına nail olunması məqsədi ilə xidmət rəhbərliyi tərəfindən əlavə tədbirlərin müəyyənləşdirildiyini diqqətə çatdırıb.
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək