Qırmızı.az
Təhsil Nazirliyi: “İmtahanaların yazılı keçirilməsinin tərəfdarıyıq”
Təhsil Nazirliyi: “İmtahanaların yazılı keçirilməsinin tərəfdarıyıq” “Bu il qış imtahan ssesiyasında Təhsil Nazirliyinin tabeliyində olan ali məktəblər və özəl ali təhsil müəssisələrində 134517 nəfər tələbə iştirak edib.
Bu imtahanların mütəşəkkil keçirilməsi və qaynar xəttin yaradılması üçün nazirlik tərəfindən ali təhsil müəssisələrinə də tapşırıq verilib” Publika.Az-ın verdiyi xəbərə görə, bu sözləri Təhsil Nazirliyinin Elm və təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev Ali və orta ixtisas təhsili müəssisələrində 2013-2014-cü tədris ilinin payız semestrinin imtahan gedişinə və Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinin fəaliyyətinə həsr edilmiş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ali təhsil müəssisələri ilə bağlı “Qaynar xətt” xidmətinə 20 zəng daxil olub və onlar yerindəcə həll edilib.
Bu müraciətlərin çoxu bərpa ilə bağlı olub. “İmtahan ssesiyası ilə bağlı tam nəticələrdən danışmaq hələ tezdir. İmtahan ssesiyası tam başa çatandan sonra dəqiq informasiya veriləcək”. Şöbə müdiri ali məktəblərdə imtahanların müxtəlif üsullarla keçirilməsinə də münasibət bildirdi: “Hər ali məktəbdə imtahanların fərqli keçirilməsi universitetlərin elmi şuralarında müəyyən edilir. Amma bununla bağlı yeni qaydalar hazırlanacaq. Bundan sonra bu fərqliliklər aradan qaldırılacaq. Yəqin ki, bu qaydalar yaxınlarda həyata keçiriləcək. İmtahanların keçirilmə qaydaları ali təhsil müəssisələrinin təkcə elmi şuralarının qərarına əsasən yox, yeni qaydalara əsasən həyata keçiriləcək.
Təhsil Nazirliyinin mövqeyinə gəldikdə isə, biz imtahanlarlın yazılı keçirilməsinin tərəfdarıyıq”. Yaqub Piriyev Təhsil Nazirliyinin müvafiq şöbəsində diplomların verilməsi ilə məşğul olacaq yeni sektor yaradılacağını bildirdi: “Yeni sektorda 2-3 nəfər xüsusi olaraq bu işlərlə məşğul olacaq. Payız imtahan sessiyası bitəndən sonra nazirliyə bu il ali məktəbləri bitirəcək tələbələrin sayı barədə məlumat daxil olacaq.
Onların adları sistemdə qeyd ediləcək və diplomlara şərti olaraq yazılacaq. İyun ayında diplomları müzakirə edəndə, Ali Attestasiya Komissiyası protokolları tərtib olunandan sonra onlara diplomlar veriləcək. Çalışacağıq ki, bu proseslər 1 ay ərzində başa çatdırılsın. Bu gündən məsələlərin həllinə başlanıb.
Yeni sektor diplomların verilməsinin daha şəffaf şəkildə təşkili, bu sahədə daha operativ işlərin görülməsi, burada qeyri-şəffaf halların ortaya çıxmamasına xidmət göstərəcək. İlin əvvəlindən IV kursda təhsil alan tələbələrin sayı barədə məlumat daxil olacaq və artıq tədris ili başa çatana kimi tələbələrin diplomu hazır olacaq”. Onun sözlərinə görə, ali məktəb tələbələrinə diplomların verilməsi üçün heç bir ödəniş tələb olunmamalıdır.
Gülxar
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...