Qırmızı.az
Tarixçi alim dövlətin adındakı səhvi tapdı
Publika.Az xəbər verir ki, Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə "Amerikanın Səsi"nə müsahibəsində Azərbaycan Respublikasının lideri Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi, aparılan tədqiqatlar, onun əsərlərinin dərci, arxiv materiallarından danışıb.
Tahizadə bildirib ki, Bakı Dövlət Universitetinin professoru
Şirməmməd Hüseynov Məhəmməd Əmin Rəsulzadəninin əsərlərinin 10
cildliyini çapa hazırlayıb. İndiyədək külliyatın 5 cildi çap
olunub.
Tədqiqatçı alim bildirib ki, Rəsulzadənin “İran türkləri”, “Qafqaz
türkləri”, “Əsrimizin Səyavuşu” , “Çağdaş Azərbaycan ədəbiyyatı”.
“Çağdaş Azərbaycan tarixi” və başqa əsərləri də ayrıca kitablar
şəklində çap olunub.
Azərbaycanın YUNESKO-da uzun müddət nümayəndəsi olmuş Ramiz
Abutalıbov Fransadan M.Ə.Rəsulzadə, azərbaycanlıların mühacirət
həyatı ilə bağlı minlərlə sənəd əldə edib. Abutalıbov Moskvada rus
dilində M.Ə.Rəsulzadənin mühacirət həyatı dövründə yazdığı
əsərləri, məktubları dərc etdirib.
Türkiyədə Egey Univesitetinin professoru Yavuz Akpinar
Rəsulzadəninin Türkiyədə yazdığı əsərləri və məktublarını nəşrə
hazırlayıb. Tahirzadə xarici ölkələrin arxivlərində Azərbaycan
Respublikası ilə bağlı çoxsaylı materialların olduğunu deyib.
“Bu materialların işlənməsi və ölkəyə gətirilməsi üçün işlər
aparılmalıdır. Bu arxiv materialalrı Azərbaycan xalqının, Azərbayca
n dövlətinin tarixidir”.Tədqiqatçı hesab edir ki,
1918-ci ildə qurulmuş respublikanın adı bu gün düzgün
yazılmır.
“Mən 1918-1920-ci illərdə çoxsaylı dövlət sənədlərini tədqiq etmişəm. İstər rəsmi sənədlərdə, blanklarda, möhürlərdə bu gün səsləndirilən Azərbaycan Demokratik Respublikası və ya Azərbaycan Xalq Cümhuriyəti sözləri yazılmayıb. Bütün sənədlərdə dövlətin adı Azərbaycan Respublikasıdır ”, o qeyd edib.
İsmayıl
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...