Qırmızı.az
“Rezidentura” jurnalının 1-ci sayı nəşr olunub
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən “Rezidentura” jurnalının 1-ci sayı nəşr olunub. Jurnalda rezidenturaya qəbul qaydaları və baza fənləri üzrə qəbul proqramları verilib.
Publika.Az-ın verdiyi xəbərə görə, qaydalara əsasən, qəbul imtahanı ötən illərdə olduğu kimi, yenə də iki mərhələdə test üsulu ilə keçiriləcək.
Ancaq cari ildən etibarən rezidenturaya qəbul imtahanının birinci mərhələsi mart ayının sonunda, ikinci mərhələsi isə iyul ayının sonunda keçiriləcək.
İmtahanın birinci mərhələsində namizədlərin baza fənləri üzrə
bilikləri, ikinci mərhələsində isə ixtisas fənləri üzrə bilikləri
yoxlanılacaq.
Namizədlərə iki mərhələ üzrə ümumilikdə 200 test tapşırığı təqdim ediləcək. Bunlardan 100-ü baza fənlərinə, 100-ü isə ixtisas fənlərinə aid olacaq.
Hər bir test tapşırığının düzgün cavabı bir balla qiymətləndiriləcək, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərməyəcək.
İmtahanın birinci mərhələsindəki nəticələri TQDK-nın müəyyən etdiyi tələbləri ödəyən namizədlər ikinci mərhələyə buraxılacaqlar. İxtisas seçimi imtahanın ikinci mərhələsinin nəticələri elan edildikdən sonra aparılacaq.
Namizədlərin nəzərinə çatdırırıq ki, ötən ildə olduğu kimi, bu il
də rezidenturaya qəbul imtahanının test bloklarına açıq tipli test
tapşırıqları da daxil ediləcək.
Qeyd edək ki, rezidenturaya qəbul elanı, ixtisas fənləri üzrə qəbul
proqramları, ərizə verən namizəd üçün təlimat, elektron ərizənin
doldurulma qaydası, qəbul aparılan ixtisaslar və plan yerləri
haqqında məlumatlar jurnalın növbəti saylarında dərc olunacaq.
Publika.Az
-
Magazin221:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
Magazin119:00
Aygün və Namiq illər sonra yenidən... - VİDEO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı