Qırmızı.az
Qalib Salahzadədən ikinci Qareginə CAVAB
"Bütün ermənilərin katalikosu ikinci Qaregin yaxşı olardı ki, ilk növbədə ermənilərə başqasının torpaqlarını zəbt etməyin günahını başa salsın. Bütün müqəddəs kitablarda, dinlərdə işğalçılıq, insan öldürmək lənətlənir. Qaregin bunu bilməmiş deyil. Yəqin ki, Şeyxülislam Allahşükür Paşazadə onun cavabını verəcək".
Bunu Teleqraf.com-a açıqlamasında Bütün Qafqazın şeyxi Allahşükür Paşazadənin qudası, millət vəkili Hacı Qalib Salahzadə bildirib.
Qeyd edək ki, bütün ermənilərin katalikosu ikinci Qaregin avqustun 5-də Bütün Qafqazın şeyxi, Şeyxülislam Allahşükür Paşazadəyə məktub ünvanlayıb. Katalikos məktubunda Qarabağda baş verənlərdən narahat olduğunu bildirərək, məsələni hərb yolu ilə deyil, məhz danışıqlar masasına oturmaqla həll olunmasını qeyd edib. O, Bütün Rusiyanın Patriarxı birinci Kirilin vasitəçiliyi ilə reqonda sülh və sabitliyin bərqərar olması istiqamətində görüş keçirmək təklifi irəli sürüb.
Q.Salahzadə qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir, ermənilər ötən əsrin 90-cı illərinin əvvəllərində silaha əl ataraq yerli əhalini oradan çıxarmağa başlayıblar: "Dinc insanları qətlə yetirib, evlərini, mülklərini əllərindən alıblar, məscidlər, qəbiristanlıqlar dağıdılıb. Bir milyona yaxın insan qaçqın həyatı yaşayır. Yaxşı olardı ki, erməni katalikosu buna diqqət yetirsin. Torpaqlarımızın geri alınması, azad edilməsi Azərbaycan dövlətinin üzərinə düşən öhdəlikdir. Mən cənab prezidentin bu istiqamətdə apardığı siyasətin müsbət nəticə verəcəyinə inanıram. Azərbaycan ordusu öz torpaqlarını azad etməyə tam hazırdır. Deputatı olduğum Sabunçu rayonunun kişiləri döyüş əzmindədir. Son günlər mən seçicilərimdə ruh yüksəkliyini müşahidə edirəm. Könüllü şəkildə döyüşmək istəyirlər. Hər cür imkanı, var-dövləti olan insanlar var ki, "müharibə başlasaydı gedib vuruşardıq" deyirlər. İnsanlarımızın torpağa, vətənə bağlı olduğunu bilirdim, son günlər bunun bir daha şahidi oldum. İndi 92-93-cü illər deyil, insanlarımızın sosial durumu yaxşılaşıb, hər şeylə təmin olunublar. Bircə qalır qələbə hissini yaşamaq. Biz qələbəyə möhtacıq. İnşallah, bu hissi də dadacağıq. Vətən uğrunda şəhid olmaq ən yüksək mərhələyə çatmaq deməkdir. Fürsətdən istifadə edib, cəbhədə şücaət göstərərək şəhid olan hərbçilərimizə Allahdan rəhmət diləyirəm, qəbirləri nurla dolsun. Onların valideynlərinə Allahdan səbir diləyirəm".
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə10 May 21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA