Qırmızı.az
“Qızım, sən ordan yıxılanda necə qışqırmısan?” - övladını itirən jurnalistin FƏRYADI
“Qızım, sən ordan yıxılanda hansı qorxu hissi keçirmisən? Necə qorxmusan? Nə düşünmüsən? Kimdən kömək istəmisən? Necə qışqırmısan? Qızım, bu sullar məni ömür boyu dinc buraxmayacaq. Bu suallara cavab tapa bilmirəm. Kas Allah mənə bir də qız nəsib etməsin. Səni heç kim əvəz etməyəcək. Sənsiz hec kiməm. Sən həyatımda ilk yanar çıraq oldun. Bu yükü qaldıra bilməyəcəm. Ailəmizə ilk nuru sən saçdın. Sənsizlik yükünü qaldıra bilməyəcəm, Cavidan".
Modern.az-ın məlumatına görə, bu ürəkparçalayan sözlər 6-cı
mərtəbədən yıxılaraq dünyasını dəyişən 5 yaşlı Cavidanın atası,
"Şərq" qəzetinin redaktoru Anar Bayramoğluya məxsusdur.
Mərhum körpənin atasının yanğısını əmisi Ayyət Əhməd Facebook
səhifəsində yazıb.
Cavidanla körpəlik şəklini paylaşan A.Əhməd qardaşının içacıdan və
dözülməz dərdinə şərik çıxdığını bildirib:
"Allah Cavidan qızımıza rəhmət eləsin. Yeri behişt olsun. Dunyaya
mələk kimi gəldi, mələk kimi də getdi. Anarın belə ah-nalə və
fəryadını esitmək cox üzücüdür. Ağırdır. İnsallah Cavidan
cənnətdədir. Bir əmi kimi bu faciə məni çox sarsıtdı. Ürəyimə dağ
basdı, qəlbimi param-parça etdi. Həmin gün çox dəhşətli və
acınacaqlı mənzərə idi. Allah dözüm, səbir versin qardaşıma,
başımız sağ olsun”.
Xatırladaq ki, "Şərq" qəzetinin redaktoru Anar Bayramoğlunun
ailəsindəki faciə avqustun 5-də baş verib. Jurnalistin 5 yaşlı qızı
Cavidan ailənin yaşadığı Abşeron Gənclər Şəhərciyindəki binanın
6-cı mərtəbədə mətbəxin açıq pəncərəsindən yıxılıb. Uşaq aldığı
xəsarətlərdən dünyasını dəyişib.
Həmkarımıza səbir diləyirik.
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...