Qırmızı.az
Lənkəranda "Açıq qapı” günü keçirilib
Azərbaycan Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanına əsasən tətbiqinə başlanan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən (EİS) istifadə qaydaları barədə işəgötürənlərin məlumatlandırılması məqsədilə avqustun 11-də Lənkəran şəhərində “Açıq qapı” günü-vətəndaş forumu keçirilib.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Lənkəran rayon İH ilə birgə təşkil etdiyi tədbirdə Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Biləsuvar, Yardımlı, Salyan, Neftçala, Hacıqabul rayonlarında və Şirvan şəhərində fəaliyyət göstərən işəgötürənlər iştirak edib. Tədbirdə əmək müqaviləsi bildirişi üzrə EİS-in tətbiqinin əmək hüquqlarının təminatına dövlət nəzarətinin səmərəli təşkilinə, işçilərin əmək və gələcək sosial təminat hüquqlarının müdafiəsinə, qeyri-leqal əməyin qarşısının alınmasına, sosial sığorta haqları və vergi daxilolmalarının artırılmasına xidmət etdiyi vurğulanıb. Bildirilib ki, bu islahat tədbiri hər bir əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi üçün onun qanunvericilikdə nəzərdə tutulmuş əmək müqaviləsi bildirişi formasında “Elektron hökumət” portalı üzərindən (https://www.e-gov.az) EİS-ə daxil edilərək qeydiyyatdan keçirilməsi tələbini irəli sürür. Əmək müqaviləsində dəyişiklik edildiyi və ya ona xitam verildiyi halda da bu barədə müvafiq bildirişlər EİS-də qeydiyyatdan keçirilməlidir.
Yeni sistemin proqram təminatının da mükəmməl şəkildə hazırlandığı, məlumatların təhlükəsizliyinin təmin olunduğu və daxil edilən hər bir bildirişin bir iş günü ərzində qeydiyyatdan keçirildiyi diqqətə çatdırılıb. Tədbir zamanı ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları əmək müqaviləsi bildirişi üzrə EİS-dən istifadə qaydaları barədə geniş məlumatlar və praktik bilgilər veriblər. İşəgötürənlərin ayrı-ayrı sualları da savablandırılaraq, bu islahat prosesinin daim nəzarətdə saxlanacağı, əmək müqaviləsi bildirişlərinin daxil edilməsinə səhlənkar yanaşan işəgötürənlərlə bağlı ciddi inzibati tədbirlər görüləcəyi bildirilib.
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü