Füzulidə Gənclər Günü münasibətilə tədbir keçirilib
Bizi izləyin

Qırmızı.az

Füzulidə Gənclər Günü münasibətilə tədbir keçirilib

Füzulidə Gənclər Günü münasibətilə tədbir olub

Bu gün Gənclər Günü ilə bağlı Horadiz şəhərindəki Mədəniyyət sarayında tədbir keçirilmişdir. Tədbirdə rayonun bütün yaşayış məntəqələrindən 200 nəfər gənc fəal iştirak etmişdir.

Tədbirdən əvvəl rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və tədbir iştirakçıları Heydər Parkında ulu öndərin abidəsini ziyarət etmiş, önünə gül-çiçək qoymuşlar.

Yeni Azərbaycan Partiyasının Füzuli rayon təşkilatının Gənclər Birliyinin sədri Tural Nəbiyev “Gənclər Azərbaycanın gələcəyidir” adlı məruzə etmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış etmiş, respublikada həyata keçirilən gənclər siyasətindən danışmışdır. Bildirmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün dövlət siyasətinin mühüm tərkib hissəsidir, dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilmişdir.

Çıxış edən gənclər diqqət və qayğısına görə ölkə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gəncə fəxri fərman və hədiyələr təqdim olunmuşdur.

Rayon gəclərinin Prezident cənab İlham Əliyevə müraciəti qəbul olunmuşdur.

Sonda bədii proqram olmuşdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm