Qırmızı.az
Nazirlik Oğuzda əmək yarmarkası keçirəcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ayın sonunadək daha 8 rayon və şəhərdə əmək yarmarkası keçirəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Publika.az-a
verilən məlumata görə, Dövlət Məşğulluq Xidməti (DMX) işsiz və
işaxtaran vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə
növbəti əmək yarmarkasını avqustun 14-də Oğuz rayonunda keçirəcək.
Yarmarkada 180-ə yaxın boş (vakant) iş yeri təqdim olunacaq.
Ümumilikdə bu ayın sonunadək DMX tərəfindən Oğuz rayonu ilə yanaşı,
Xaçmaz, Hacıqabul, Goranboy, Samux, Kürdəmir, Cəlilabad
rayonlarında və Şirvan şəhərində də əmək yarmarkalarının
keçirilməsi planlaşdırılır. Həmin şəhər və rayonların məşğulluq
orqanları tərəfindən əmək yarmarkalarına hazırlıq işləri
çərçivəsində idarə, müəssisə və təşkilatlardan boş (vakant) iş
yerləri barədə məlumatlar toplanır.
Tədbirlərdə ayrı-ayrı işaxtaran vətəndaşların əmək bazarının
tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, həmçinin
haqqı ödənilən ictimai işlərə cəlb edilməsi üçün onların qeydiyyatı
da aparılacaq. Əmək yarmarkalarında sosial cəhətdən həssas əhali
qruplarından olan vətəndaşlar, o cümlədən əlilliyi olan şəxslər
üçün kvota əsasında boş iş yerlərinin təqdim olunması da nəzərdə
tutulur.
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ