Sabah 43 dərəcə isti olacaq
Bizi izləyin

Qırmızı.az

Sabah 43 dərəcə isti olacaq

Avqustun 16-dan başlayaraq ikinci ongünlüyün sonunadək bəzi bölgələrdə havanın temperaturunun 43 dərəcəyə yüksələcəyi gözlənilir.

Publika.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublika ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı xəbərdarlıqda qeyd olunur ki, avqustun 16-dan başlayaraq ikinci ongünlüyün sonunadək Naxçıvan Muxtar Respublikasında və bəzi aran rayonlarında gündüz saatlarında maksimal temperaturun 40-43 dərəcəyə yüksələcəyi gözlənilir.

Bakı və Abşeron yarımadasında isə 35-38, bəzi ərazilərdə 40 dərəcəyədək isti proqnozlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm