Qırmızı.az
Xəzərdə 1,5 milyon metr balıq ovlama toru aşkarlanıb
Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində qanunsuz ov, təbii və bioloji sərvətlərə ziyan vurulma hallarının aşkar edilməsi və sərhəd rejiminə nəzarətin gücləndirilməsi məqsədilə mütəmadi rejim tədbirləri həyata keçirilir, qanunsuz balıq ovu ilə məşğul olan üzmə vasitələri barəsində müvafiq tədbirlər görülür.
Bunu 18 avqust Azərbaycan Sərhəd Mühafizəsinin 95-ci ildönümü günü ilə bağlı "Azərbaycan" qəzetinə verdiyi müsahibəsində Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev deyib.
E.Quliyev deyib ki, keçirilmiş rejim tədbirləri zamanı dənizdə qadağan edilmiş ərazilərdə qurulmuş balıq ovlama vasitələri, qarmaqların bərkidilməsi üçün istifadə olunan dəmir parçalarından hazırlanan lövbərlər yığılaraq məhv edilir: "Dəniz sərhədlərimizin mühafizəsinin fasiləsiz təşkil edilməsi, dövlət sərhədlərinin pozulması əlamətləri aşkar olunduğu zaman minimal vaxt sərf etməklə daha çevik tədbirlərin görülməsi imkanlarının yaradılması qanunsuz ov, təbii və bioloji sərvətlərə ziyan vurulması hallarının aşkar edilməsi və sərhəd rejiminə nəzarətin gücləndirilməsi işinə də müsbət təsir etmişdir. Nəticədə balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz digər üzmə vasitələrinin qeydiyyata alınması, yanalma körpülərindən dənizə çıxması, dənizdə olması, üzməsi və geri qayıtması qaydalarına əməl edilməsi proseslərinə nəzarətin səviyyəsi yüksəlmişdir".
DSX rəisi bildirib ki, 2014-cü ilin ilk 6 ayı ərzində Xəzərdə 1 milyon 478 min metr müxtəlif çeşidli balıq ovlama toru, 293 min ədəd istifadəsi qadağan olunmuş balıq ovlama qarmaqları aşkar olunaraq götürülüb.
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal3 May 19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat3 May 19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI