Qırmızı.az
Uşaqlar üçün hərbi vətənpərvərlik düşərgəsi fəaliyyətə başladı
Qusar rayonunda yerləşən "N" saylı hərbi hissə nəzdində təşkil olunacaq hərbi vətənpərvərlik təmayüllü yay düşərgəsində istirahət edəcək uşaqların avqustun 18-də Bakı şəhərindən yolasalınması mərasimi keçirilib.
Müdafiə Nazirliyi və Səbail rayon İcra Hakimiyyətinin birgə
təşkilatçılığı ilə keçiriləcək düşərgəyə Qarabağ müharibəsi
veteranlarının, şəhid ailələrinin, valideyn himayəsindən məhrum
olmuş, kimsəsiz və aztəminatlı ailələrin 10-15 yaşlı 100-ə yaxın
oğlan uşağı seçilərək cəlb olunb. Bu barədə Publika.az-a Müdafiə
Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Gənc Heydərçilər" yay düşərgəsinin təşkili yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyə olunması, onlarda hərbi xidmət haqda ilkin təsəvvürün yaradılması, ordu həyatının xüsusiyyətləri barədə biliklərin əldə olunmsı məqsədini daşıyır.
İstirahət dövründə uşaqlar hərbi hissədəki əsgər kazarması, yeməkxana, əsgərlərin məişət şəraiti, silah, döyüş texnikası ilə tanış olacaqlar. Onlar üçün tarixi və vətənpərvərlik ruhunda filmlər, tamaşalar nümayiş etdiriləcək, səhra çıxışı təşkil olunacaq, müxtəlif yarışlar, idman oyunları və digər tədbirlər, o cümlədən, Qusar rayonu ərazisindəki tarixi və mədəni abidələrə gəzintilər də keçiriləcəkdir.
Düşərgə sentyabr ayının 2-dək davam edəcək.
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO