Qırmızı.az
Hacı İbrahim 125 dünya gözəlini çimərliyinə toplayır
“Avesta” konserninin prezidenti Hacı İbrahim İbrahimov (İbrahim Nehrəmli) ölkələrinin gözəllik yarışmasında qalib gəlmiş 125 dünya gözəlini müəllifi olduğu “Khazar Island”da (“Xəzər adaları”) istirahət etməyə dəvət edib.
Bu barədə Publika.az-a məlumat verən Hacı İbrahim deyib ki, avqustun 31-də “Khazar Island”da dünyanın 125 ölkəsindən gələn gözəlin iştirakı ilə konsert proqramı da təşkil olunacaq.
Onun sözlərinə görə, konsert proqramında Azərbaycan və Türkiyə ilə yanaşı, dünyanın bir neçə ölkəsindən tanınmış ifaçıların çıxış edəcəyi gözlənilir:
“Bilirsiniz ki, “Khazar Island” gözəllik yarışmasına da sponsorluq edir. Ona görə də dünyanın 125 gözəli “Khazar Island”da istirahət edirlər, buranın çimərliyindən istifadə edirlər. Kim onları görmək istəsə, “Khazar Island”a buyurub gələ bilər. “Khazar Island”da təkcə onları deyil, həm də tanınmış müğənniləri də görə biləcəklər”.
Hacı İbrahim Nehrəmli həmçinin bildirib ki, avqustun 21-dən etibarən çimərlik mövsümü bitənədək “Khazar Island”ın çimərliyindən istifadə pulsuz olacaq.
Vasif Həsənli
-
Sosial21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin221:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO
-
İdman20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"
-
Magazin220:00
Məşhur aktyor vəfat etdi - FOTO
-
Magazin119:36
Əməkdar artisti açıq geyiminə görə Türkiyədə efirə buraxmadılar - FOTO
-
Sosial19:24
İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…
-
İdman19:00
Ronaldo və Messi komanda yoldaşı ola bilərlər - Prezident ŞANS AXTARIR
-
Magazin218:36
Rihanna imicini kökündən dəyişdi - FOTO