Qırmızı.az
Bakıda qadının özünü yandırması faktı üzrə cinayət işi başlanıb
Bakıda vətəndaşın intihara cəhd göstərməsi faktı üzrə Səbail rayon prokurorluğunda cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə,
yanvarın 30-da saat 10: 30 radələrində Lənkəran şəhərində
qeydiyyatda olmaqla müvəqqəti olaraq Bakı şəhərində yaşayan Məlakə
Bayramlı Səbail rayonu ərazisində üzərinə yandırıcı maddə tökərək
özünü yandırmaqla intihara cəhd edib, intiharın qarşısı alınaraq
yanıq xəsarətləri ilə 5 saylı klinik xəstəxanaya yerləşdirilib.
Həkimlər tərəfindən onun hazırkı vəziyyəti stabil ağır kimi
qiymətləndirilir.
İlkin araşdırmalarla müəyyən edilib ki, M.Bayramlı 1990-cı il
təvəllüdlü, Lənkəran şəhərində anadan olmuş, 29 oktyabr 2012-ci il
tarixdən 5 oktyabr 2013-cü il tarixədək Milli Təhlükəsizlik
Nazirliyinin Mühafizə Taborunda müddətli həqiqi hərbi xidmətdə
olmuş Əli Həbibli ilə sonuncunun xidmət etdiyi Lənkəran şəhərində
tanış olmaqla Lənkəran və Bakı şəhərlərində dəfələrlə görüşərək
yaxın ünsiyyətdə olublar.
Bir müddətdən sonra aralarında yaranmış narazılıqla bağlı
M.Bayramlı Ə.Həbiblinin onu zorlaması barədə Respublika Hərbi
Prokurorluğuna ərizə ilə müraciət edib. Həmin xüsusat üzrə
aparılmış araşdırmalar zamanı M.Bayramlı ilkin izahatında qeyd
olunan faktı təsdiq etsə də, sonrakı ərizələrində Ə.Həbibli
tərəfindən zorlanmadığını, onunla könüllü olaraq cinsi əlaqədə
olduğunu, evlənmək məqsədi ilə artıq nişanlandıqlarını və
şikayətindən imtina etdiyini bildirməklə əlavə izahat verməyib.
M.Bayramlının zorlanması hadisəsi təsdiqini tapmadığından
cinayət-prosessual qanunvericiliyin tələblərinə mavafiq olaraq
toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi
barədə qərar qəbul edilib və qərarın surəti M.Bayramlıya
göndərilməklə həmin qərardan şikayət etmək hüququ ona izah
edilib.
Eyni zamanda, M.Bayramlının Ə.Həbibli və digər hərbi qulluqçuların
qanunazidd hərəkətlərinə dair şikayət ərizəsi üzrə toplanmış
material xidməti yoxlama aparılması üçün aidiyyəti üzrə Milli
Təhlükəsizlik Nazirliyinə göndərilib.
Ə.Həbibli M.Bayramlı ilə nişanlanaraq bir müddət əlaqələrini davam
etdirib, lakin sonradan aralarında yenidən münasibətlər pozulduğuna
və sonuncu ilə ailə qurmadığına görə M.Bayramlı bundan
hiddətlənərək özünü yandırmaqla intihara cəhd edib.
Həmin fakt üzrə Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin
125-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
/Trend/
-
Nida Xəbər 10:48
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?