Qırmızı.az
Çempionatın qalibləri məlum oldu (R)
Unibank-ın ALBALI PLUS Kuboku uğrunda Futbol Çempionatı başa çatıb.Final oyunlarının keçirilməsi və qaliblərin mükafatlandırılması tədbirində ALBALI PLUS (ALBALI) kartının partnyorları ilə yanaşı, bankın müştəriləri də iştirak edib. Şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayan tədbirdə, müğənni Elnarənin ifa etdiyi vətənpərvərlik mahnıları, çempionluq uğrunda yarışanları qələbəyə daha da ruhlandırıb.
Tədbirə qatılanlar əvvəlcə 3-cü yer uğrunda Unibank-ın “Ahmedli branch” komandası ilə “Sinteks” şirkətinin komandasının oyununu izləyiblər. Oyunun nəticələrinə əsasən, ALBALI PLUS Kuboku uğrunda Futbol Çempionatında 3-cü yeri “Sinteks” komandası tutub.
Çempionatın ən gərgin və həyəcanlı oyunu isə 1-ci yer uğrunda yarış olub. Mərkəzi Bankın komandası ilə Unibankın “Bankers” komandası həyəcanlı azarkeş dəstəyi ilə gərgin və peşəkar oyun nümayiş etdiriblər. Nəticələrə əsasən, “Bankers” komandası çempionatın əsas kubokunu qazanıb. Ikinci yeri Mərkəzi Bankın komandası, 3-cü yeri isə “Sinteks” tutub. Peşəkar hakimlər tərəfindən və olimpiya sistemi ilə keçirilən futbol çempionatının “ən yaxşı qapıçısı”, “ən çox qol vurmuş oyunçu” və “final qarşılaşmasının ən yaxşı oyunçusu” da müəyyən edilərək, mükafatlandırıldı. İlk 3 yeri tutan komandalara pul mükafatı ilə yanaşı, kubok və medallar təqdim olunub.
Qeyd edək ki, ALBALI PLUS Kuboku uğrunda Futbol Çempionatında Unibank əməkdaşlarından ibarət komandalarla yanaşı, Mərkəzi Bankın və 10-dan artıq şirkətin - Milli kart, Sinteks, Koton, Araz Marketləri, Favorit Market, İntegral, World Telecom, BOA, ABC Telecom (Kontakt) və Flexi Kredit komandası iştirak edib.
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var