“Abel Məhərrəmovun adından yazılan status saxtadır” - AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

“Abel Məhərrəmovun adından yazılan status saxtadır” - AÇIQLAMA

“Bu gün bəzi Kütləvi İnformasiya Vasitələrində Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmova məxsus Facebook profilində hansısa statusun yazıldığı barədə məlumatlar yayılıb. Bildirmək istəyirəm ki, rektor Abel Məhərrəmovun belə bir səhifəsi yoxdur

“Bu gün bəzi Kütləvi İnformasiya Vasitələrində Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmova məxsus Facebook profilində hansısa statusun yazıldığı barədə məlumatlar yayılıb. Bildirmək istəyirəm ki, rektor Abel Məhərrəmovun belə bir səhifəsi yoxdur və həmin profil saxtadır...”.

Publika.az-ın məlumatına görə, bu barədə Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova bildirib.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmovun adından sosial şəbəkədə yazıldığı iddia edilən status səs-küyə səbəb olub. Həmin statusda yazılıb: “Bu ildən etibarən kəsri olan tələbələr alt qruplarda oturmaq üçün əlavə ödəniş ödəməli olacaqlar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm