Qırmızı.az
İcra başçısı: “Deputat işimə müdaxilə edir”
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev rayondan seçilən deputat, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə ilə aralarında yaranan qarşıdurma ilə bağlı mətbuatda gedən məlumatlara cavab verib.
İcra başçısı A.Vəliyev Publika.az-a açıqlamasında deyib ki, aramızda heç bir problem yoxdur:
“Hər şey qaydasında və normadır. Mən burada ancaq cənab Prezidentin siyasətini həyata keçirirəm, rayonun abadlıq və quruculuğu işi ilə məşğulam. Rayonda müvafiq kadrları özüm təyin edirəm. Heç kəsin fikri mənə təsir göstərə bilməz”.
İcra başçısı A.Vəliyev “Deputat Qalib Salahzadə sizin işlərinizə hər hansı müdaxilə edibmi?” sualına da belə cavab verib:
“Bəli, elə hallar olub. O istəyirdi ki, orada ancaq bilgəhli olsun. Mən isə dedim ki, fərqi yoxdur, Azərbaycanın cəbhə bölgəsindən olan və ölkəmizin siyasətini yaxından dəstəkləyən istənilən şəxs hər hansı bir yerdə idarəçilikdə çalışmağa layiqdir. Ona görə də seçdiyimiz şəxs burada işləyə bilər. Burada başqa hər hansı söhbət də ola bilməz”.
Xatırladaq ki, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevlə bu rayondan seçilən deputat, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə arasında qarşıdurma yaranması ilə bağlı teleqraf.com saytında məlumat yayılmışdı.
Vasif Həsənli
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi