Qırmızı.az
Rusiyalı jurnalistlər Bakıya gəlib
2014-cü il avqustun 19-dan 25-dək Rusiyanın gənc
jurnalistlərindən ibarət nümayəndə heyəti Bakıda olacaq.
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) idarə heyətindən
bildiriblər ki, tədbir Azərbaycan Gənclər və İdman Nazirliyinin
dəstəyi və Rusiyanın aparıcı ali məktəblərinin – M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin və Moskva Dövlət Beynəlxalq
Münasibətlər İnstitutunun tələbə təşkilatlarının iştirakı ilə RAGB
tərəfindən təşkil edilib. RAGB-nin sədri Leyla Əliyevanın səfərin
təşkilinə şəxsi töhfəsini xüsusi qeyd etmək lazımdır. Onun səyləri
sayəsində illik tədbirə çevrilən belə səfərlər artıq yeddinci dəfə
təşkil olunur.
Səfərin iştirakçıları arasında Rusiyada və onun hüdudlarından
kənarda tanınmış federal əhəmiyyətli KİV-lərin – Ümumrusiya Dövlət
Teleradio Şirkətinin, “RİA-Novosti-Rossiya seqodnya” informasiya
agentliyinin, NTV teleşirkətinin, “Kommersant” nəşriyyat evinin və
digər təşkilatların nümayəndələri var.
Səfərin başlıca məqsədi Rusiya jurnalistlərinin gənc nəslini
Azərbaycan KİV-ləri ilə, respublikanın ictimai təşkilatlarının və
dövlət hakimiyyəti orqanlarının nümayəndələri ilə tanış
etməkdir.
AzərTAc
-
Sosial21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...