Qırmızı.az
Bilgəhdən icra başçısına mesaj
Qalib Salahzadə: "Bilgəhin problemlərindən bixəbər şəxsin icra nümayəndəsi təyin edilməsi narazılıq doğurub"
Sabunçu rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyevin Bilgəh kəndinə kənar rayondan icra nümayəndəsi təyin etməsi sakinlər arasında narazılıq doğurub. Teleqraf.com-un məlumatına görə, kənd sakinləri narazılıqlarını Sabunçu ikinci seçki dairəsinin deputatı Qalib Salahzadəyə bildiriblər.
Bu gün onlarla sakin Q.Salahzadənin seçki qərargahına gələrək "rayonda sizin sözünüz keçmir" deyərək deputata iradlarını çatdırıblar. Sakinlər hesab edirlər ki, Bilgəhə kəndin problemlərindən hali olan şəxs icra nümayəndəsi təyin edilməlidir və bu məsələnin həlli üçün deputat qabağa düşməlidir.
Teleqraf.com məsələ ilə bağlı Q.Salahzadə ilə əlaqə saxlayıb. Deputat sakinlərin ona şikayət etdiyini təsdiqləyib: "Bilgəh kənd sakinləri bu gün mənimlə görüşüb narazılığını bildirdilər. Dedilər ki, kəndə buranın problemlərindən bixəbər olan şəxs icra nümayəndəsi təyin edilir, siz isə bunun qarşısını ala bilmirsiz. Mən də izah etdim ki, icra nümayəndəsini təyin etmək və ya işdən çıxarmaq icra başçısının səlahiyyətindədir. Mən icra başçısının işinə qarışa bilmərəm. Bu, düz başa düşülməz. İcra başçısına təkliflərimi çatdırmışam, insanların narazılığı barədə cənab Adil Vəliyevi xəbərdar etmişəm. Mətbuatda problemlə bağlı geniş danışmışam. Başqa neyləyə bilərəm?".
Q.Salahzadə qeyd etdi ki, sakinlərin iradları haqlıdır: "Kənd
sakinləri mənim qarşıma fakt qoydular. Dedilər ki, əvvəlki icra
nümayəndəsinin dövründə rayon icra hakimiyyəti Bilgəhdə bir metr
yolu belə asfaltlamayıb. Nə iş görülübsə, icra nümayəndəsinin şəxsi
təşəbbüsü, təşkilatçılığı ilə olub. Rayon İcra Hakimiyyəti pul
ayırmırsa, köməklik göstərmirsə kənd icra nümayəndəsi abadlıq
işlərini necə görə bilər? Xatırlayırsınızsa, hörmətli millət vəkili
Zeynəb Xanlarova Bakı kəndləri ilə bağlı çıxış edəndə mən ona qarşı
çıxdım. Dedim ki, Bakı kəndlərində heç bir narazılıq, aksiya ola
bilməz. Həmin vaxt kənd sakinləri məni dəstəklədilər. Amma indi
deyirlər ki, hərdən insanları etiraza məcbur edirlər. Ümid edirəm
ki, Sabunçu İcra Hakimiyyətinin başçısı Adil Vəliyev mənim
təkliflərimi nəzərə alacaq, bilgəhlilərin səsini eşidəcək. Əks
təqdirdə yarana biləcək daha ciddi narazılığa görə mən məsuliyyət
daşımayacam. Bakı kəndləri ilə dil tapmaq, insanlarla ünsiyyət
qurmaq, işləmək lazımdır. Cənab prezident hansısa rayona icra
başçısı təyin edəndə deyir ki, get insanlarla işlə, problemləri
həll et. Təəssüflər olsun ki, bəzi məmurlar sonradan bu
tapşırıqları unudurlar".
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü