Qırmızı.az
Hüseyn Bağırov Göygöl şəhərində vətəndaşlarla görüşüb
Bu gün ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Göygöl şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Göygöl, Daşkəsən, Goranboy rayonlarında və Naftalan şəhərində yaşayan vətəndaşları qəbul edib.
Publika.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi
məlumata görə, görüşdə H.Bağırovla birlikdə Nazirliyin idarə və
departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərləri də
iştirak edib. Qəbul zamanı ətraf mühitin və ekoloji tarazlığın
mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya,
biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı
50-dan artıq vətəndaşın şikayət və təklifləri dinlənilib,
müraciətlərinə baxılıb.
Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və
təkliflərini diqqətlə dinləyərək onların narazılığına səbəb olan
halların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə
araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli
istiqamətində nazirliyin müvafiq strukturlarının rəhbərlərinə
konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşlar tərəfindən
verilən müxtəlif təkliflər qeydə alınıb, onları narahat edən
şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin
görülməsi üçün nəzarətə götürülüb. Müraciətlərin bir hissəsi isə
elə yerindəcə öz həllini tapıb.
Qəbul vaxtı birbaşa müraciət edən vətəndaşlar da nazir H.Bağırov
tərəfindən dinlənilib, müraciətlərin operativ həlli üçün
qanunvericiliyə müvafiq tədbirlər görülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərinə aid
olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara
çatdırılmaq üçün qeydiyyata alınıb.
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər
-
Magazin127 Aprel 23:50
Xuramandan ŞOK ETİRAF: "Yoxsa onu öldürərdim"
-
Region27 Aprel 23:40
Türkiyədə polis bölməsinə SİLAHLI HÜCUM: 2 həmkarını öldürdü, 8-ni isə... - VİDEO
-
Sosial27 Aprel 23:30
Şəhid atası möcüzə kimi hadisə danışdı: Yuxuda... - VİDEO
-
Magazin127 Aprel 23:20
Bu da Azərbaycanın "Avroviziya" mahnısına çəkilən klip - VİDEO