Qırmızı.az
Toydan qayıdan ailə qəzaya düşdü: 2 ölü, 5 yaralı
Bakı-Şamaxı yolunda iki nəfərin ölümü, 5 nəfərin ağır
xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş
verib.
Publika.az-ın məlumatına görə, hadisə avqustun 21-də axşam saat
22:30 radələrində yolun 120-ci kilomertliyində, Şamaxının Muğanlı
qəsəbəsi ərazisində qeydə alınıb. Şamaxı rayonunun Dədəgünəş kənd
sakini 1964-cü il təvəllüdlü Babayev Əmiraslan Əlimövsüm oğlu idarə
etdiyi 90-MX-130 dövlət nömrə nişanlı “Opel” markalı minik
avtomobili ilə hərəkətdə olarkən sürücü qəflətən idarəetməni itirib
və maşın yoldan çıxaraq dərəyə aşıb.
Hadisə nəticəsində sürücü Əmraslan Babayev və təxminən 70 yaşı
olan və şəxsiyyəti tam məlum olmayan Zambaq adlı bir qadın
dünyasını dəyişib. Sürücünün həyat yoldaşı 1970-ci il təvəllüdlü
Babayeva Aynurə Arif qızı, iki azyaşlı oğlu 2010-cu il təvəllüdlü
Babayev Kamal Əmraslan oğlu və 2011-ci il təvəllüdlü Babayev Amin
Əmraslan oğlu, sərnişinlər-1960-cı il təvəllüdlü Şahbazova Kəniz
Cəfər qızı və 1967-ci il təvəllüdlü İsmayılova Gültəkin Mark qızı
müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon
Xəstəxanasına yerləşdrilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat
şöbəsi tərəfindən araşdırma aparılır. Qeyd edək ki, ailə toy
mərasimindən evə qayıdarkən avtomobil qəzaya uğrayıb.
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO