“Azəriqaz” tarif limitinin sıfırlanması ilə bağlı sualları cavablandıracaq
Bizi izləyin

Qırmızı.az

“Azəriqaz” tarif limitinin sıfırlanması ilə bağlı sualları cavablandıracaq

Sabah, saat 11:00-da Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq qapı” aksiyası keçiriləcək.

Publika.az “Azəriqaz”a istinadən xəbər verir ki, aksiya qurumun inzibati binasında olacaq.

Bütün media və QHT mənsublarının üzünə açıq olacaq bu aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Tarif limitinin sıfırlanması və ümümi qaz təchizatı ilə bağlı sizi maraqlandıran suallar cavablandırılacaq. Vətəndaşlar da suallarına canlı yayım vasitəsilə cavab tapacaqlar. Hər bir media qurumu və QHT nümayəndəsi bu tədbirə dəvətlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm