Qırmızı.az
Qarabağa avtobus biletləri bu qaydada satılacaq - AÇIQLAMA
“Qarabağa səfər bileti almaq üçün yolumuzqarabaga.az saytında yalnız vətəndaş şəxsiyyət vəsiqəsindəki məlumatları daxil etmək lazım olacaq”.
Publika.azxəbər verir ki, bunu işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə çıxış edən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.
“ASAN loqin vasitəsi ilə sayta daxil olanlar üçün məlumat daxil etməyə ehtiyac yoxdur. Vətəndaş digər şəxs üçün bilet almaq istəyirsə bu zaman onun şəxsiyyət vəsiqəsinin FİN kodunu yazması kifayətdir”, - o qeyd edib.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik idarəsinin rəis müavini Eldəniz Məmmədov isə bildirib ki, səfərlərlə bağlı bir sıra işlər görülüb: "İlkin olaraq bütün səfərlər müşayiətlə həyata keçirəcək. Vətəndaşlar azad olunmuş ərazilərə daxil olmamış son duracaqda onlar tabletlər vasitəsilə bir daha yoxlanacaq və polis əməkdaşı avtobusa əyləşəcək. Səfər onun iştirakı ilə təşkil ediləcək".
-
Kriminal05:45
Piramida üsulu ilə pulu belə oğurlayırlar - VİDEO
-
Avto02:19
Zukerberq xanımı üçün xüsusi "Porsche" hazırlatdı - FOTOLAR
-
ABŞ01:40
"Milton" yaxınlaşır - Co Bayden fövqəladə vəziyyət elan etdi
-
Dünya01:20
İsrail bu gecə İrana zərbə endirməyi planlaşdırır
-
Qoroskop00:22
Günün qoroskopu: qəfil xərclərlə üzləşə bilərsiz
-
İdman7 Oktyabr 23:38
“Neftçi”nin baş məşqçisi o olacaq – Danışıqlar başladı
-
Kriminal7 Oktyabr 22:32
15 yaşlı Sevinc qətlə yetirilərkən hamilə olub - YENİ DETALLAR
-
Magazin17 Oktyabr 21:11
Afət Fərmanqızının oğlunun toyundan GÖRÜNTÜLƏR